“Azərbaycan 130 milyon gəlir qazanacaq”

azerbaycan-130-milyon-gelir-qazanacaq
Oxunma sayı: 636

“Qafqazinfo” xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bu gün Avropa Olimpiya Oyunları ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycanın qazanacağı gəlirin əsasən 4 hissədən ibarət olduğunu vurğulayıb. “Biz Avropa Olimpiya Komitəsinin razılığı ilə yayım hüququnu Avropa Yayım Şurasına satacağıq ki, bu da Azərbaycana ən azı 40-50 milyon avro gəlir gətirəcək”.

Bundan əlavə nazir bütün idman paltar brendlərinin satışının da Azərbaycanın ixtiyarında olduğunu bildirib: “Bütün brend paltarların satışı da biz də olacaq. Bilet satışlarına da biz nəzarət edəcəyik . Bunlar da hamısı təqribən 100 milyon avro gəlir deməkdir. Azad Rəhimov Avropa Olimpiya Oyunlarından Azərbaycanın ən azından 120-130 milyon avro gəlir əldə edə biləcəyini diqqətə çatdırıb.

İqbal