Azərbaycan Maltanı yenə məğlub edə bilmədi - Fotolar + Video + Yenilənib

azerbaycan-maltani-yene-meglub-ede-bilmedi
Oxunma sayı: 10632

Bu gün UEFA Millətlər Liqasında IV tura start veriləcək.

“Qafqazinfo”nun məlumatına görə, D liqasının 3-cü qrupunda mübarizə aparan millimiz də növbəti oyununa çıxacaq. Ötən tur səfərdə Farer adalarını 3:0 hesabı ilə məğlub edərək, 2-ci pilləyə yüksələn Qurban Qurbanovun komandası bu dəfə doğma meydanda Malta seçməsini qəbul edəcək. Yığmamız keçən ay səfərdə heç-heçə (1:1) oynadığı rəqibini evdə məğlub edib, ən azından mövqeyini qorumağa çalışacaq.

Qrupun digər oyununda isə Kosovo səfərdə Farer adalarının qonağı olacaq. Qonaqlar xal itirəcəyi təqdirdə millimiz Maltanı udub, liderliyə də yüksələ bilər.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Millətlər Liqası

D liqası, 3-cü qrup, III tur

14 oktyabr

20:00. Azərbaycan - Malta
Hakimlər: İvan Bebek, Tomislav Petroviç, Miro Qrqiç, Qoran Pataki
Bakı Olimpiya Stadionu

20:00. Farer adaları - Kosovo

***

Komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

Azərbaycan: 1. Kamran Ağayev (k), 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 19. Rahil Məmmədov, 20. Riçard Almeyda, 22. Bədavi Hüseynov.

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Səlahət Ağayev, 3. Ürfan Abbasov, 6. Bəxtiyar Həsənalızadə, 8. Emin Mahmudov, 9. Namiq Ələsgərov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə.

Baş məşqçi: Qurban Qurbanov.

 

Malta: 1. Endryu Hoqq, 3. Yozef Zerafa, 4. Stiv Borq, 5. Andrey Aqius, 8. Pol Fenek, 9. Yozef Mbonq, 10. Andre Şembri (k), 11. Rouen Muskat, 15. Juan Korbolan. 17. Rayan Kamilyeri, 19. Alfred Effionq.

Ehtiyat oyunçular: 12. Henri Bonello, 23. Stiv Sultana, 2. Maykl Conson, 6. Cek Qrek, 7. Stefen Pisani, 13. Kleyton Failla, 14. Jan Pol Farruciya, 16. Ferdinando Apap, 18. Byorn Kristensen, 20. Endryu Kohen, 21. Roderik Briffa, 22. Keyn Attard.

Baş məşqçi: Rey Farruciya.

***

Matç başladı.

***

Millimiz oyuna sürətli başlayıb. 3-cü dəqiqədə rəqib qapısına ardıcıl 2 təhlükəli zərbə endirilsə də, Malta qapıçısı qola imkan verməyib.

***

4-cü dəqiqədə Dmitri Nazarovun cərimə zrəbəsindən vurduğu top qapı tirinə dəyərək geri qayıdıb.

***

19-cu dəqiqədə Azərbaycan hesabı açsa da, hakim ofsayd qərarı verərək qolu qeydə almayıb. Ofsayda düşən qolu Rüfət Dadaşov qapıdan keçirmişdi.

***

Malta komandası matçda ilk təhlükəli hücumunda qol vurub. 37-ci dəqiqədə Muskat hesabı açıb.

***

Azərbaycanın çoxsaylı hücumlarından daha biri nəticəsiz qalıb. 45-ci dəqiqədə Malta qapısı qarşısında yaranan ciddi təhlükə zamanı Rüfət Dadaşov topu 1 metrlik məsafədə qapıdan keçirə bilməyib.

***

İlk hissə Maltanın 1:0 hesablı üstünlüyü ilə başa çatdı.

***

İkinci hissə başladı.

***

Millimiz ikinci hissəyə də aktiv başlayıb. Hücumlarımız nəhayət ki, 53-cü dəqiqədə qolla yekunlaşıb. Araz Abdullayev cərimə meydançası daxilində topu qapıya göndərib.

***

66-cı dəqiqədə komandamız növbəti 100 faizlik qol şanşı əldə edib. Lakin, Rüfət Dadaşovun yenə bəxti gətirməyib. Təmkin Xəlilzadənin ötürməsindən sonra Rüfətin başla vurduğu topa qapı dirəyinə dəyib.

***

Azərbaycan ikinci qol üçün cəhdlərini davam etdirir. Oyunun başından bəri üstün oyun nümayiş etdirən komandamız bu dəqiqələrdən üstünlüyünü daha da artırıb. Lakin, ardıcıl hücumlar nəticəsində 2-ci qolu vurmaq hələlik mümkün olmayıb. Hətta 84-cü dəqiqədə Almeyda topu boş qapıdan keçirməyə müvəffəq olmayıb.

Hazırda oyunda 85-ci dəqiqə oynanılır.

***

Matçda başqa qol vurulmayıb və oyun 1:1 hesabı ilə başa çatdı. Azərbaycan çoxsaylı qol şansları əldə etdiyi oyunda 2 xal itirdi.

Fotolar: Pərvin Zeynal