Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyanın III iclası keçiriləcək

azerbaycan-abs-hokumetlerarasi-komissiyanin-iii-iclasi-kecirilecek
Oxunma sayı: 646

İclasa Azərbaycan tərəfindən maliyyə naziri Samir Şərifov, ABŞ tərəfindən isə dövlət katibinin iqtisadi inkişaf, energetika və ətraf mühit məsələləri üzrə müavini Robert Hormats sədrlik edəcək.

Maliyəə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, iclasda iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən nəqliyyat, aviasiya, infrastruktur sahələrinin inkişafı, informasiya və kommunikasiya texnologiyaları, müəllif hüquqlarının qorunması, enerji tədqiqatları, istehsalı və nəqli imkanları, bərpa olunan enerji təşəbbüsləri, ticarət və investisiya, maliyyə sektoru, o cümlədən dövlət investisiya strategiyası, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə və korrupsiyaya qarşı mübarizə sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.

Nigar Məmmədli