Azərbaycan Afrikada təbliğ olundu - Fotosessiya

azerbaycan-afrikada-teblig-olundu-fotosessiya
Oxunma sayı: 641

Səfirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, hər il təşkil ediən ənənəvi yarmarkada CAR-da fəaliyyət göstərən Türkiyəli iş adamlarının, təhsil ocaqlarının və digər sahələrdə çalışan türk vətəndaşlarının bir araya toplaşaraq gördükləri işləri nümayiş etdirmək və ümumilikdə Türkiyə mədəniyyətini təbliğ etmək şəraiti yaradılıb. Səfirliyin apardığı danışıqlar nəticəsində bu il ilk dəfə olaraq sözügedən yarmarkada Azərbaycan Respublikasının CAR-dakı Səfirliyi də öz guşəsi ilə iştirak edib. Səfirliyimiz Azərbaycan üçün ayrılmış hissədə ölkəmizin tarixini və müasir dövrünü əks etdirən fotoşəkillər, xalçalar, kitablar, milli şirniyyatlar və mədəniyyətimizi əks etdirən digər əşyaları nümayiş etdirib. Səfirliyin guşəsinə bu ili Pretoriya şəhərində təsis edilmiş “CAR-da Azərbaycanın dostları” təşkilatın təbliğat materialları yer alıb. Ziyarətçilərə ölkəmiz barəsində məlumat kitabçaları və yeni yaranmış təşkilatın bulketləri, milli suvenir və şirniyyatlarımız paylanılıb.
“CAR-da Azərbaycanın dostları” qeyri-hökümət təşkilatı cari ilin avqust ayında təsis edilmiş ictimai təşkilatdır və qarşısında Azərbaycan ilə CAR arasında iqtisadi, mədəni, təhsil və digər sahələrdə münasibətlərin inkişaf edilməsi məqsədi qoyub. Təşkilat bir sıra yerli elmi və iş adamları tərəfindən təsis edilib və onun sədri CAR-da təhsil almış və hazırda Pretoriya şəhərində yaşayan və işləyən vətəndaşımız Cəmil Məmmədəlizadədir.