Azərbaycan Afrikada təmsil olunub

azerbaycan-afrikada-temsil-olunub
Oxunma sayı: 698

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, sammit çərçivəsində Ş. Abdullayev Afrika İttifaqı Komissiyasının sədri Jan Pinq və Afrika İttifaqının qərargahının rəisi səfir Con Kayodi Şinkayi və təşkilatın humanitar və insan resurslarının inkişafı departamentlərinin direktorları ilə görüşlər keçirərək, Afrika İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, elm-təhsil sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib.

Ş. Abdullayev Afrika İttifaqı üzv dövlətlərinin nümayəndə heyətləri ilə çoxsaylı ikitərəfli görüşlər keçirib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Sammit çərçivəsində Azərbaycanın Afrika İttifaqı üzv ölkələrinə müraciəti yayılıb.

Nərgiz Ehlamqızı