Azərbaycan almalarına görə 2 məmur həbs olundu - Ermənistanda

azerbaycan-almalarina-gore-2-memur-hebs-olundu
Oxunma sayı: 651

Azərbaycan almalarına görə Ermənistanda iki məmur həbs olunub.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, dövlət gəlirləri Komitəsinin məmurları rüşvət qarşılığında Azərbaycan almalarının qaçaqmal yoluyla ölkəyə girişinə icazə verməkdə ittiham olunurlar. 

Həmin məmurların qanunsuz hərəkətlərinin ölkəyə ümumilikdə 8 milyon dram (təxminən 17 min dollar-red.) zərər vurduğu qeyd olunur.