Azərbaycan alman deputatı “arzuolunmaz şəxs” elan edib

azerbaycan-alman-deputati-arzuolunmaz-sexs-elan-edib
Oxunma sayı: 2855

Azərbaycan Xristian-Demokrat İttifaqından Almaniya Bundestaqının deputatı Albert Vayleri arzuolunmaz şəxslər siyahısına daxil edib və ona viza verməkdən imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bild” nəşrinin saytında yazılıb. Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq üzrə Parlament qrupunun nümayəndəsi olan Vayler 2014 və 2016-cı ildə işğal altında olan Dağlıq Qarabağa səfər edib.

“Bild” yazır ki, Almaniyanın Xarici İşlər Nazirliyi Vaylerə viza verilməsi məsələsinə görə Azərbaycan səfirliyi ilə təmasda olsa da, bu cəhdlər heç bir nəticə verməyib.

Qeyd edək ki, bu həftə Almaniya kansleri Angela Merkel Gürcüstan, Ermənistan və Azərbaycana səfər edəcək. Albert Vayler də nümayəndə heyətinin tərkibində olacaqdı.