Azərbaycan Avropa Hərəkatı konfrans keçirəcək

azerbaycan-avropa-herekati-konfrans-kecirecek
Oxunma sayı: 632

Azərbaycan Avropa Hərəkatının mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatına görə, “HYATT Regency” otelinin Quba zalında keçirələcək konfransda Avropa Hərəkatının prezidenti Jo Leinen, Hökumət nümayəndələri, Millət vəkilləri, vətəndaş cəmiyyəti, səfirliklər və beynəlxalq təşkilatların nümayəndələri və media təmsilçiləri iştirak edəcək.

Konfransda məruzəçi qismində Avropa Hərəkatının prezidenti Jo Leinen, Millət vəkili Asim Mollazadə, Humanitar Tədqiqatlar Mərkəzinin rəhbəri Əvəz Həsənov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gulsel Səfərova və JCİ Azərbaycanın prezidenti Pərviz Abbasov çıxış edəcək.

Konfransda dinlənilən mövzular ətrafında fikir mübadiləsi aparılacaq və konfransın nəticəsi kimi təkliflər paketi hazırlanacaq.

Qeyd edək ki, fevralın 17-də “Park İnn” otelinin Fizuli zalında Azərbaycan Avropa Hərəkatının Konqresi keçiriləcək.

Sədan