Azərbaycan Avropa Hərəkatı Konqresi hazırlıqlara başlayıb

azerbaycan-avropa-herekati-konqresi-hazirliqlara-baslayib
Oxunma sayı: 635

Lakin bu günədək nümayəndəlik tərəfindən rəsmi konqres keçirilməyib. Bu səbəbdən də, Azərbaycan Avropa Hərəkatı (AAH) Avropa Hərəkatının mərkəzi ofisi tərəfindən tam hüquqlu üzv kimi təsdiq olunmayıb.

AAH artıq Konqres üçün hazırlıqlara başlayıb. 11 fevral 2012-ci ildə AAH-nın birinci konqresi keçiriləcək. Bu haqda məlumatı “Qafqazinfo”ya Azərbaycan Avropa Hərəkatı İctimai Əlaqələr üzrə katibi Pərviz Əzimov verib. Konqresdə AAH-nın yeni prezidenti, 12 nəfərdən ibarət Boardu və Nizamnaməsi qəbul olunacaq. Konqres 3 ildən bir keçiriləcək və növbəti konqreslərdə AAH-nın rəhbərliyi asossativ üzvlər tərəfindən seçiləcək. Birinci Konqresdə isə AAH-nın rəhbərliyi fərdi üzvlər tə rəfindən seçiləcək. AAH-nın prezidenti Surxan Lətifov təhsili ilə bağlı Azərbaycan hüdudlarından kənarda olduğu üçün Konqresə hazırlıq işlərinə Baş Katib Ramin Hacılı rəhbərlik edir.

Hazırda AAH-nın yeni Nizamnamə nümunəsi, fəaliyyət proqramı, strukturu, prezidentliyə və Board-a namizədlər, həmçinin üzvlərin müəyyənləşməsi prosesi gedir.

Qeyd edək ki, AAH-nın prezidenti Surxan Lətifov, Baş Katibi isə Ramin Hacılıdır.

Sədan