Azərbaycan Avropa Hərəkatı mübadilə proqramı keçirir

azerbaycan-avropa-herekati-mubadile-proqrami-kecirir
Oxunma sayı: 638

Azərbaycan Avropa Hərəkatının mətbuat xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, proqramın Azərbaycan tərəfindən tərəfdaşı Azərbaycan Avropa Hərəkatıdır.

Artıq Gürcüstandan gələn 8 tələbə üçün Azərbaycan Avropa Hərəkatının ofisində görüş keçirilib və bununla da proqrama start verilib. Onlara Avropa Hərəkatı haqqında məlumat verilib və tələbələr hərəkatın fəaliyyətini əks etdirən materiallarla tanış olublar. Hazırda Gürcütstandan gələn tələbələr Azərbaycanda 8 tələbənin evində yaşayır.

Azərbaycanda səfərdə olan Gürcü tələbələr bir sıra Qeyri Hökümət Təşkilatlarının (AAA, ATGTİ, İDEYA klub) ofisində, o cümlədən bu gün Zəngilan məcburi köçkünlər məktəbində olublar.
Mübadilə proqramı hazırda aşağıdakı formada reallaşır:
• Dekabr ayının 1-4 tarixlərində (4 gün) Bakıda qalacaq gürcü tələbələrin xərcləri BMT tərəfindən qarşılanacaq;

• Həmin 8 azərbaycanlı tələbə (Gürcüstandan gələn tələbələrin evlərində yaşayacaqlar) 7-11 dekabr tarixlərində Gürcüstana səfər edəcək və eyni qayda ilə gürcü tələbələrin evində qalacaqlar;
• Gürcüstana gedəcək azərbaycanlı tələbələrin bütün xərcləri BMT tərəfindən qarşılanacaq;
• Tələbələr arasında oğlan və qızlar olacaq;
• Səfərlər zamanı BMT tərəfindən iştirakçılara təlimlər keçiriləcək;
• Proqramın məqsədi Gürcüstan ilə Azərbaycan gəncləri arasında inteqrasiyaya nail olmaqdır.