Azərbaycan Avropa Hərəkatından “Xalqlararası dialoq” konfransı

azerbaycan-avropa-herekatindan-xalqlararasi-dialoq-konfransi
Oxunma sayı: 635


“Qafqazinfo”nun məlumatına görə, “Dalğa Plazabiznescenter”də təşkil olunan panelin əsas məqsədi Azərbaycan dövlətinin xalqlararası dialoq prosesində daha aktiv iştirakına nail olmaq vəAzərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərini bu prosesə cəlb etmək olub.

Paneli giriş sözü ilə açan Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı Xalqlararası dialoqun əhəmiyyətindən danışıb. O bildirib ki, ümümbəşəri dəyərləri xüsusən də tolerantlıq, hüququn aliliyi, insan haqları və s. bu kimi prinsiplər bərqərar olmadan mədəniyyətlərarası dialoq imkansız olacaq.

Daha sonra R. Hacılı Almaniyanın Azərbaycandakı səfirliyinin “İlin səfirliyi 2012” mükafatına layiq görüldüyünü elan edib və Almaniyanın Azərbaycandakı səfirliyinin müvəqqəti İşlər vəkili Volfgang Moessingerə bu münasibətlə diplom təqdim olunub.

Tədbirdə həmçinin Azərbaycanda fəaliyyət göstərən müxtəlif yerli və beynəxalq təşkilatların nümayəndələri, media təmsilçiləri və gənclər iştirak edib.