Azərbaycan Avropaya qarşı bərabər döyüşdü

azerbaycan-avropaya-qarsi-beraber-doyusdu
Oxunma sayı: 645

“Qafqazinfo” “AzərTac”-a istinadən məlumat verir ki, Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin və “İron Fist” İdman Mərkəzinin birgə təşkil etdiyi turnir Azərbaycanın Avstriyadakı səfirliyinin, “Gilan Holdinq” və “Garant Holdinq“ şirkətlərinin dəstəyi ilə keçirilib.

Turnirdə Azərbaycanın tanınmış K-1 kikboksinq ustaları Avropanın 10 ölkəsini (Avstriya, İtaliya, Türkiyə, Macarıstan, İsveçrə, Serbiya, Hollandiya, Rumıniya, Polşa, Bosniya və Herseqovina) təmsil edən idmançılarla qarşılaşıblar. K1 turniri çərçivəsində 12 döyüş olub.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev və Azərbaycan Akademik Cəmiyyətinin sədri Elvin Süleymanov tədbirin açılış mərasimində çıxış edərək ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mötəbər yarışın belə böyük formatda ilk dəfə keçirildiyini bildirərək, idmançılara uğurlar arzulayıblar.

Komanda hesabında Azərbaycanın və Avropanın kikboksçuları xalları yarı bölüblər və qarşılaşma 6-6 hesabı ilə başa çatıb.