Azərbaycan-Belarus biznes forumu keçirilib

azerbaycan-belarus-biznes-forumu-kecirilib
Oxunma sayı: 973

Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Belarus biznes forumu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Azərbaycan və Belarusdan rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, əczaçılıq, İKT, turizm, konsaltinq, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.

Belarusun Ticarət Sənaye Palatasının rəhbəri Vladimir Ulaxoviç Azərbaycan iqtisadiyyatına ölkəsində marağın böyük olduğunu, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarını vurğulayıb. Vladimir Ulaxoviç yeni biznes əlaqələrinin qurulması baxımından işgüzar görüşlərin və biznes forumların əhəmiyyətini diqqətə çatdırıb, hər iki ölkənin iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Biznes forum çərçivəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Belarusun Ticarət Sənaye Palatası arasında əməkdaşlığa dair Memorandum imzalanıb.