Azərbaycan Belarusdan 10 “Polonez” raket kompleksi alır - “İsgəndər”ə qarşı

azerbaycan-belarusdan-10-polonez-raket-kompleksi-alir
Oxunma sayı: 3022

Azərbaycan Belarusdan on ədəd  “Polonez” yaylım atəşli reaktiv sistemi alır.

“Qafqazinfo” xəbər verir ki. bu barədə “Kommersant” qəzeti mənbəsinə istinadən məlumat yayıb. Belarus 2018-ci ildə raket sistemlərinin ilk ixrac müqaviləsini həyata keçirməyə hazırlaşır. Ehtimal edilən ilk sifarişçinin isə Azərbaycan olduğu qeyd edilir. 

Mənbənin sözlərinə görə, artıq Müdafiə nazir Zakir Həsənov bununla bağlı Belarusa səfər edib və texnika ilə tanış olub. 

“Kommersant”ın mənbəsi bildirir ki, bu müqavilə Ermənistanda çox mənfi qarşılanacaq. 

Mənbə artıq ixracla bağlı hüquqi sənədlərin final mərhələsində olduğunu, adını açıqlamadığı sifarişçinin isə “maliyyə məsələlərini həll etmək üzrə” olduğunu qeyd edib. 

Qeyd edək ki, prezident Lukaşenkonun tapşırığı ilə yaradılan “Polonez” Rusiyanın Ermənistana satdığı “İsgəndər” raketlərinə alternativ hesab edilir

Prezident Aleksandr Lukaşenko 2015-ci ilin payızında mətbuata müsahibəsində “Polonez”in ortaya çıxma səbəblərindən danışaraq bildirmişdi ki, Belarusun tələb etdiyi raket sistemləri Rusiya tərəfindən Minskə verilməyib. Nəticədə Belarus sözügedən layihəni həyata keçirmək məcburiyyətində qalıb: “Əgər Rusiya Belarusu raket silahları ilə təchiz etsəydi, rəsmi Minskə “Polonez” kimi yeni raket yaratmaq və böyük vəsait xərcləmək lazım olmazdı”.

“Polonez” sistemi rəqibin istənilən növ hədəflərini və hərbi obyektlərini yüksək dəqiqliklə və uzaq məsafədən məhv edilməsi üçün nəzərdə tutulur.