Azərbaycan Beynəlxalq Bankı forumda iştirak etməyib

azerbaycan-beynelxalq-banki-forumda-istirak-etmeyib
Oxunma sayı: 640


Azərbaycan Beynəlxalq Bankı 20-22 aprel 2017-ci il tarixində Yalta şəhərində keçirilən III Beynəlxalq İqtisadi Forumunda ABB nümayəndələrinin iştirakı barədə mətbuatda yayılan xəbərləri təkzib edib.

Bankın mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Bank bu forumda təmsil olunmayıb. 
Mətbuat xidmətinin açıqlamasında Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq ABB-də əsas diqqətin hazırda sağlamlaşdırma tədbirlərinə yönəldiyi və bu cür forumlarda iştirakın planlaşdırılmadığı bildirilib.