Azərbaycan Beynəlxalq Bankından 100-dən artıq valyutada xaricə köçürmələr

Azərbaycan Beynəlxalq Bankından 100-dən artıq valyutada xaricə köçürmələr
Oxunma sayı: 342

Müştərilərin ehtiyaclarını hər zaman nəzərə alan Azərbaycan Beynəlxalq Bankı onların daha bir istəyini yerinə yetirib. Belə ki, banka xarici ölkələrə köçürmələri həyata keçirmək məqsədilə müraciət edən fiziki şəxs müştərilər bunu dünyanın bir çox valyuta növlərində də edə biləcəklər.

Bankın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, indi hər bir müştəri Azərbaycan Beynəlxalq Bankının yeni təqdim etdiyi “Multivalyuta köçürmələri” xidmətindən faydalanmaqla xaricə köçürmələri ənənəvi valyuta növlərindən başqa dünyanın daha 100 – dən artıq valyutasında da rahatlıqla yerinə yetirə bilər. Bunun üçün müştərilərə xaricə köçürmə ilə bağlı müvafiq sənədləri təqdim etmək və istəyinə uyğun valyutanı seçmək kifayətdir. Sözügedən xidmətdən Azərbaycan Beynəlxalq Bankının istənilən filial və şöbələrində yararlanmaq mümkündür.

Məlum olduğu kimi, Azərbaycan Beynəlxalq Bankı ölkədə fəaliyyət göstərən banklar arasında ən çox müxbir hesablara malik bankdır və məhz bu səbəbdən bank mütəmadi olaraq öz müştərilərinə köçürmə xidmətləri üzrə yenilikləri təqdim etməyə davam edəcək.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi