“Azərbaycan bizim hamımızın evidir” – - İlham Əliyev

azerbaycan-bizim-hamimizin-evidir-
Oxunma sayı: 2578


“Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev idmançılarla görüşündə çıış edərkən deyib. İ. əliyev bildirib ki, bu layihə XXI əsrin layihəsidir, Azərbaycanın böyük tarixi uğurudur: “Xalqımızın rifahı, ölkəmizin inkişafı üçün bu layihənin müstəsna rolu olacaqdır. Bütün bu uğurları biz öz zəhmətimiz hesabına əldə etmişik. Azərbaycanın enerji siyasəti birmənalıdır, düşünülmüş siyasətdir. İki gün bundan əvvəl Avropanın bir çox ölkələrindən dövlət, hökumət başçılarının iştirakı ilə keçirilən tədbir bir daha ölkəmizin önəmini ortaya qoyur.

Azərbaycan etibarlı tərəfdaşdır, layiqli dövlətdir, güclü dövlətdir, iqtisadiyyatı güclüdür, güclü siyasət aparır, idmanı güclüdür, infrastrukturu yeniləşir. Ən önəmlisi Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü rahat hiss edir. Azərbaycan bizim hamımızın Vətənidir, hamımızın evidir. Elə etməliyik ki, bundan sonra da ölkəmizin uğurlu inkişafı təmin edilsin”.