Azərbaycan BMT Təhlükəsizlik Şurasinda

azerbaycan-bmt-tehlukesizlik-surasinda
Oxunma sayı: 654

Müzakirələr Yaxın Şərq, xüsusilə də Suriya və Liviyada cərəyan edən hadisələr, ədalətin və qanunun aliliyi, eləcə də BMT ilə Afrika Birliyi arasında əməkdaşlıq məsələləri ətrafında aparılacaq. AzərTAc-ın məlumatına görə, Təhlükəsizlik Şurasının gündəliyi yanvarın 4-də keçirilən plenar iclasda müəyyənləşdirilib. Azərbaycan həmin iclasda TŞ-nin qeyri-daimi üzvü kimi ilk dəfə iştirak edib.

AzərTAc-ın məlumatına görə, şurada on beş dövləti təmsil edən nümayəndələrin qapalı müzakirələrindən sonra yanvar ayında sədrlik edən Cənubi Afrika Respublikasının səfiri Baso Sanqu jurnalistlər qarşısına çıxaraq bildirib ki, münaqişələrin həlli kimi ümumi problemlər üzrə BMT ilə regional təşkilatlar arasında daha sıx strateji əməkdaşlıq yaradılmalıdır. Onun fikrincə, münaqişə baş verən ölkənin qonşuluğunda yaşayan dövlətlər ədavətdən daha çox əziyyət çəkdiyinə görə regional təşkilatlar münaqişələrin həllində vacib rol oynamalıdırlar.