Azərbaycan BMT-yə hesabat təqdim edəcək

azerbaycan-bmt-ye-hesabat-teqdim-edecek
Oxunma sayı: 643

Komitənin tərkibinə daxil olan 18 ekspert İnsan Haqlarına dair Konvensiyaya iki əlavə protokolun müddəalarının həyata keçirilməsinə nəzarət edir. Bu əlavə protokollar uşaqların hərbi münaqişələrdə iştirakını, uşaq alveri, uşaqların fahişəliyə cəlb olunması və uşaq pornoqrafiyası ilə bağlı halları nəzərdə tutur.

Sessiya işini fevralın 3-də yekunlaşdıracaq.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildə BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasına, 2002-ci ildə isə bu sənədin iki əlavə protokoluna qoşulub. Konvensiya uşaqların iqtisadi, sosial, mədəni və hətta siyasi hüquqlara malik olmasını vurğulayır. 1999-cu ildə ölkəmizdə BMT-nin adı çəkilən konvensiyasının müddəalarını özündə əks etdirən “Uşaq hüquqları haqqında” Qanun qəbul edilmişdir. Hökumət tərəfindən Uşaq Hüquqları haqqında Konvensiyanın müddəalarına uyğun olaraq öhdəliklərin yerinə yetirilməsi ilə bağlı mütəmadi olaraq hər 5 ildən bir dövri hesabat hazırlanır.