Azərbaycan buğda idxalını azaldıb

Azərbaycan buğda idxalını azaldıb
Oxunma sayı: 815

2017-ci ildə Azərbaycan 1,2 milyon ton buğda idxal edib. Bu, 2016-cı ildə qeydə alınan göstəricidən 25 faiz azdır.

“Qafqazinfo” bunu kənd təsərrüfatı naziri Heydər Əsədov nazirliyin kollegiyasının geniş iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, ötən il ölkədə taxılçılıq sahəsində müəyyən uğurlar əldə edilib:

“Nəticədə biz 2017-ci ildə 1,2 milyon ton buğda idxal etdik. 2016-cı ilə bu rəqəm 1,6 milyon tona bərabər idi. Ümumilikdə ötən il buğdanın idxalına 227 milyon dollar xərclənib. İdxal olunan buğda ölkədə istehlakın 37 faizini təşkil edib”.

H.Əsədov onu da əlavə edib ki, Azərbaycan bu il taxılyığma texnikası alacaq:

“Bizim taxılyığma kombaynlarının tədarükü ilə bağlı müqaviləmiz var. Onların tədarükü apreldən başlayacaq. Bu il biz 190 ədəd kombayn almağı planlaşdırırıq”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi