“Azərbaycan çempionatı CAR liqasından zəifdir” - “Qarabağ”ın hücumçusu

“Azərbaycan çempionatı CAR liqasından zəifdir”
Oxunma sayı: 1044

“Baş məşqçinin mənim haqqımda etdiyi şərhlərə hörmət edirəm. Onun ilk gündən düzgün qərarlar verdiyini düşünürəm”.  “Qafqazinfo”  xəbər verir ki, bu sözləri ölkəsinin mətbuatına açıqlamasında “Qarabağ”ın cənubi afrika respublikasından olan forvardı Dino Ndlovu deyib. 

O, milli komandaya dəvət almasından danışıb: “Biz günün sonunda futbol oynayırıq. Azərbaycanda və ya Mozambikdə olmasından asılı olmayaraq yumru bir şeyin ardınca qaçırıq”.

Hücumçu “Qarabağ”la Çempionlar Liqasında oynamağın ona çox xeyir verdiyini sözlərinə əlavə edib: “Düşünürəm ki, Çempionlar Liqasında oynamaq mənə çox xeyir verir. Baş məşqçi ilə aramızda komandaya necə uyğunlaşacağıma dair söhbət oldu. Amma bu təkcə mənə ai deyil, bütün ölkə üçün oynamalıyıq. Millimiz seçmə mərhələ cədvəlində yaxşı vəziyyətdə deyil. Biz geridönüş etməliyik”.

Ndlovu Azərbaycan və Cənubi Afrika çempionatını müqayisə edib: “Hər kəs Azərbaycan və mənim ölkəmin liqası haqqında soruşur. Cənubi Afrika çempionatı Azərbaycan Premyer Liqasından bir qədər yüksəkdədir. Çünki orada cəmi 8 komanda var. CAR-da isə 16 komanda çempionluq üçün mübarizə aparır. Buna baxmayaraq futbol hər zaman futboldur. Harda oynamağından asılı olmayaraq”.

Forvard əvvəllər milliyə çağırılmamasına görə əsəbiləşmədiyini deyib: “Mən millidən heç vaxt imtina etmərəm. Çünki klub səviyyəsində onsuz da oynayıram. Ailəm buradandır və biz burada yemək yeyirik. Heç bir şeyə əsəbiləşmədim və qəzəblənmədim. Aradakı körpünü yandırmaq istəmədim. Çünki gələcəkdə yaxşı olacağına ümid bəsləyirdim”.

Ndlovu millidə ideal vaxt olduğunu bildirib: “Mənim üçün ideal vaxtdır. Mən inanclıyam və Allah güclü əsgərlərinə ən çətin sınaqlar verir. Əgər biz inanmırıqsa, necə Rusiyaya gedə bilərik? İnanmalıyıq”.

Hücumçu təzyiq altında olmalarına belə aydınlıq gətirib: “Mən futbolçuyam və həmişə təzyiq altında olmalıyam. Əks-halda rahat yerlər varş. Belə bir vaxtda komandaya dəvət aldığım üçün sevinirəm və özümü sübut etməyə çalışacam. Biz ölkəmizi yenidən qürurlandıracağıq”.

Futbolçu azarkeşlərin stadionda az gəlməsini problem etmədiyini deyib: “Azarkeşlərin stadiona az gəlməsini  problem etmirəm. Televiziya qarşısında da Bafana Bafana-nı izləyənlər olacaq. Onların da dəstəyini hiss etmək lazımdır. Müsbət nəticə alacağıq”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi