Azərbaycan çempionatına saatlar qalıb

azerbaycan-cempionatina-saatlar-qalib
Oxunma sayı: 637

“Qafqazinfo”nun verdiyi məlumata görə, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək.

“Sumqayıt” AZAL-ı, “Kəpəz” isə “Turan”ı qəbul edəcək. “Simurq” “Qəbələ” ilə üzləşəcək.

Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. İlk turun mərkəzi qarşılaşması “İnter”lə “Qarabağ” arasında baş tutacaq.
“Neftçi” – “Bakı” oyunu “ağ-qaralar”ın Çempionlar Liqasında iştirakına görə təxirə salınıb.

4 avqust (şənbə)
Premyer Liqada ilk turun oyunları

"Sumqayıt" - AZAL
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Füzuli Nəcəfov
Mehdi Hüseynzadə adına stadion. Saat 18:30

"Kəpəz" - "Turan"
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Səfər Haşımov
Gəncə şəhər stadionu. Saat 18:30

"Simurq" - "Qəbələ"
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Fərid Məmmədov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Şahin Cəfərov
Zaqatala şəhər stadionu. Saat 19:00

5 avqust (bazar)

"Rəvan" - "Xəzər Lənkəran"
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Rahil Ramazanov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Kərim Ağayev
"Dalğa Arena" stadionu. Saat 20:00

"İnter" - "Qarabağ"
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Elman Musayev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
"AZAL Arena" stadionu. Saat 20:00

Ceyhun Əhmədov