Azərbaycan Cənubi Osetiyada keçirilən qondarma “seçkiləri” tanımır

azerbaycan-cenubi-osetiyada-kecirilen-qondarma-seckileri-tanimir-
Oxunma sayı: 638

Bu barədə Trend-ə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

“Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək aprelin 8-də Gürcüstanın Tsxinvali bölgəsində - Cənubi Osetiyada keçirilmiş qondarma “prezident seçkiləri"ni tanımır” , - o deyib.

Elman Abdullayev qeyd edib ki, Azərbaycan XİN münaqişənin öz mümkün həllini tapması üçün hazırkı danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır.

Cənubi Osetiyada keçirilmiş qondarma “prezident seçkiləri”nin ikinci turu dünən baş tutub. Seçkilərdə region DTK-sının keçmiş rəhbəri Leonid Tibilov qalib gəlib.