Azərbaycan da planşet istehsal edəcək

azerbaycan-da-planset-istehsal-edecek
Oxunma sayı: 1575


Onun sözlərinə görə, hazırda Azərbaycanın kompüter bazarında eniş müşahidə olunur ki, bu da alıcıların prioritetlərinin dəyişməsi ilə əlaqədardır: "Alıcılar planşet kompüterlərə daha çox üstünlük verirlər".

R.Osmanov qeyd edib ki, bu baxımdan planşet kompüterlərin istehsalı daha çox aktuallıq qazanır: "Şübhəsiz ki, bu sahədə dünya vendorları ilə rəqabət aparmaq bizim üçün çətindir. Çünki bazarda əlverişli qiymətə qurğuların sayı kifayət qədərdir. Buna baxmayaraq, KÜR planşet kompüterlərin reallaşdırılması üçün platforma qismində yeni internet layihə ilə çıxış edə bilər. Biz həmin layihəni yaxın gələcəkdə həyata keçirməyi düşünürük".