Azərbaycan daha iki mötəbər turnirə ev sahibliyi edəcək

azerbaycan-daha-iki-moteber-turnire-ev-sahibliyi-edecek
Oxunma sayı: 4698

Avropa Gimnastika İttifaqının İcraiyyə Komitəsinin qərarı ilə növbəti ildə Bakı aerobika və bədii gimnastika üzrə Avropa Çempionatlarına ev sahibliyi edəcək.

Azərbaycan Gimnastika Federasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, 2019-cu ilin 23-25 may tarixlərində Milli Gimnastika Arenası ilk dəfə olaraq qitənin ən güclü aerobika gimnastlarını qəbul edəcək. Ölkəmizdə son 5 ildir inkişaf etdirilən bu idman növü üzrə Avropa birinciliyin məhz paytaxtımızda təşkili yerli gimnastların inkişafına da müsbət təkan verəcək.

Bunun ardınca isə 31 may - 2 iyun tarixləri məhz bədii gimnastlara həsr olunacaq. Bununla da Bakı artıq 4-cü dəfə gimnastikanın ən sevilən növü – bədii gimnastika üzrə Avropa Çempionatını təşkil etmiş olacaq.