“Azərbaycan Dəmir Yolları”nın maşinisti iş başında öldü

azerbaycan-demir-yollarinin-masinisti-is-basinda-oldu
Oxunma sayı: 1343

“Azərbaycan Dəmir Yolları”nın maşinisti yıxılaraq dünyasını dəyişib. 

Bu barədə “Qafqazinfo”ya ADY-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova məlumat verib. O qeyd edib ki, hadisə dünən səhər saat 10:45-də baş verib: “Belə ki, Nərimanov rayonu, Z.Bünyadov prospektində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus teplovozun maşinisti Şıxkərimov Nizami Hacıkərim oğlu Keşlə stansiyasından Bakı Metropoliteninə gedən dəmir yolu xəttinin üzərində olan işıq kabelini qaldırmaq üçün teplovozun üzərinə çıxıb və ehtiyatsızlıqdan oradan yıxılaraq ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb”.

Günel Türksoy