Azərbaycan dərman ixrac edəcək

Azərbaycan dərman ixrac edəcək
Oxunma sayı: 883

Azərbaycanda istehsal olunacaq əczaçılıq məhsullarının “Made in Azerbaijan” brendi altında Türkiyə, İran, Ukrayna, Gürcüstan və MDB ölkələrinə ixrac olunması planlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən bildiriblər. Qeyd olunub ki, Azərbaycan Prezidentinin 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə yaradılan və əczaçılıq məhsullarının istehsalı üzrə ixtisaslaşmış Pirallahı Sənaye Parkında 3 rezident - Azərbaycan-Rusiya birgə müəssisəsi olan “Hayat Pharm” MMC, Azərbaycan-İran birgə müəssisəsi olan “Caspian Pharmed” QSC və “Diamed Co” MMC qeydiyyata alınıb.

Rusiya və İranla birgə yaradılacaq zavodlarda ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitə, anti-histamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri, “Diamed Co” MMC tərəfindən yaradılan zavodda isə birdəfəlik şprislər istehsal ediləcək.

Nazirlikdən bildirilib ki, 2018-ci ilin sonunda Azərbaycan və Rusiya birgə müəssisəsində qablaşdırma xəttinin istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa, 2017-ci ildə “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Ukraynanın “İndar” şirkəti arasında Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılmasına dair imzalanmış Anlaşma Memorandumuna əsasən, “İndar” şirkəti Sənaye Parkında beynəlxalq standartlara uyğun infuziya və inyeksiya məhsulları istehsal edəcək. Ümumilikdə, Pirallahı Sənaye Parkının hazırki rezidentləri tərəfindən sənaye parkında 350-yə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur. Hazırda ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra aparıcı şirkətlərlə də danışıqlar aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi