Azərbaycan diasporunun rəhbəri yeni bələdiyyə sədriylə görüşüb

azerbaycan-diasporunun-rehberi-yeni-belediyye-sedriyle-gorusub-
Oxunma sayı: 1432




“Qafqazinfo” xəbər verir ki, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar yenidən Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri seçilən İ.Karaosmanoğlunu təbrik edərək Kocaeli şəhərinin Türkiyədə olduğu kimi, Azərbaycan və Türk dünyasında da öz yeri olduğunu deyib.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası ilə Kocaeli Böyükşəhər Bələdiyyəsi arasındakı əməkdaşlığa toxunan TADEF sədri B.Dündar federasiyanın fəaliyyətinə verdiyi dəstəyə görə İ.Karaosmanoğluna minnətdarlıq edib.

Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri İ.Karaosmanoğlu isə öz növbəsində Türkiyə ilə Azərbaycan arasında mədəniyyət sahəsində kifayət qədər əməkdaşlığın olduğunu, iqtisadi baxımdan isə bu əlaqələrin gücləndirilməsinin vacibliyini bildirib.

Kocaeli Universitetində azərbaycanlı gənclərin təhsil aldığını xatırladan İ.Karaosmanoğlu bundan sonra da onlar üçün hər cür təhsil almaq və təcrübə keçmək imkanlarının yaradılacağını vurğulayıb. Bələdiyyə sədri, eyni zamanda, qarşıdakı 23 aprel Beynəlxalq Uşaq Festivalına Azərbaycan təmsilçilərinin dəvət olunduğunu qeyd edib.

Sonda Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası ilə Kocaeli Böyükşəhər Bələdiyyəsi arasında Kocaelidə Azərbaycanın 28 May - Respublika Günü və ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə birgə tədbirlərin keçirilməsi haqqında razılıq əldə olunub.