“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiqləndi

azerbaycan-dilinin-orfoqrafiya-normalari-tesdiqlendi
Oxunma sayı: 1818

“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib.

"Qafqazinfo"nun məlumatına görə, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” prezidentin 2003-cü il 2 yanvar tarixli 835 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən, Dövlət Dil Komissiyası ilə razılaşdırmaqla, Nazirlər Kabineti “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nı təsdiq edib.

“Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 654; 2015, № 6, maddə 775) 1-ci hissəsi ləğv edilib.

Bu Qərarda dəyişikliklər prezidentin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.