Azərbaycan diplomatı yəhudilərin toplantısında

azerbaycan-diplomati-yehudilerin-toplantisinda
Oxunma sayı: 662

“Qafqazinfo”nun AzərTAc-a istinadən verdiyi xəbərə görə, tədbirdə ABŞ-dakı yəhudi icmasının tanınmış nümayəndələri, diplomatlar, region üzrə ekspertlər və akademik dairələrin nümayəndələri, o cümlədən Birləşmiş Ştatlarda səfərdə olan Milli Məclisin deputatı Sevinc Fətəliyeva tədbirdə iştirak ediblər. Müzakirələr zamanı Azərbaycanın regiondakı aparıcı mövqeyi, uğurlu xarici siyasəti və qazandığı nailiyyətlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycanın ABŞ-dakı səfiriAzərbaycanın çox həssas bir coğrafi mövqedə yerləşməsindən, sabitlik və inkişaf amili olmasından bəhs edib. Diplomat bu gün Azərbaycanın bütün regionun inkişafına töhfə vermək iqtidarında olduğunu bildirib. Səfir əhalisinin əksəriyyətinin müsəlman olduğu Azərbaycanda qadınların ictimai həyatda mühüm rol oynadığını, cəmiyyətdə etnik və dini tolerantlığın hökm sürdüyünü qeyd edib. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyətlərarası dialoqun inkişafına və ölkəmizin bu prosesdə rolunun artırılmasına şəxsən diqqət göstərdiyini xüsusi vurğulayıb. E.Süleymanov dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın təqdim etdiyi modelin Qərb dövlətləri, o cümlədən ABŞ tərəfindən dəstəklənməsinin vacib olduğunu deyib.

Azərbaycan-İsrail münasibətlərinə toxunan E.Süleymanov Azərbaycan və yəhudi xalqlarının tarixən dost xalqlar olduğunu demiş və iki dövlət arasındakı hazırkı münasibətlərin bu möhkəm dostluğun ruhuna uyğun olduğunu qeyd edib.