Azərbaycan dramaturqunun pyesi Kumık teatrında anşlaqla gedir

azerbaycan-dramaturqunun-pyesi-kumik-teatrinda-anslaqla-gedir
Oxunma sayı: 654

Pyesin hər tamaşası anşlaqla keçir. Bu ilin mayında teatr bu uğurlu tamaşası ilə İstambulda çıxış edəcək. Məşhur beynəlxalq Bosfor teatr festivalı pyesi bizim aktyorların ifasında qəbul etməyə razılığını bildirib.

Pyesin süjeti bütün zamanlar üçün aktualdır. Kasıb ailə bir günün içində varlanır. Elə həmin sürətlə də ailə dəyərləri alt-üst olur. Varlanmış ailənin üzvləri maddi zənginliyə qovuşur, əvəzində isə mənəviyyatlarını itirirlər. Əli Əmirlinin “Varlı qadın” komediyası on ildən çoxdur ki, Azərbaycandan kənarda da, bir qayda olaraq, böyük uğur qazanır. Bu gün isə bizim ölkəmizdə bu pyesin hər tamaşası anşlaqla qarşılanır.