Azərbaycan əhalisi 46 min 417 nəfər artdı

azerbaycan-ehalisi-46-min-417-nefer-artdi
Oxunma sayı: 867

İlin əvvəlindən ölkə üzrə əhalinin sayı 46 min 417 nəfər və ya 0,5 faiz artaraq avqust ayının 1-i vəziyyətinə 10 milyon 27 min 874 nəfərə çatıb.

"Qafqazinfo" xəbər verir ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Əhalinin bir kvadratkilometrə düşən sayı 116 nəfər olub.