“Azərbaycan ehtiyacı olan bir neçə ölkəyə yardımlar göstərir”

azerbaycan-ehtiyaci-olan-bir-nece-olkeye-yardimlar-gosterir
Oxunma sayı: 632

“Qafqazinfo”nun nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, E.Məmmədyarov qoşulmama hərəkatının əhəmiyyətini və soyuq müharibənin bitməsinin qoşulmama xətti tutan ölkələrin siyasi koordinasiyası üçün mexanizm olan Qoşulmama Hərəkatının rolunu zəiflətmədiyini deyib. Onun sözlərinə görə, bu yaxınlarda Qoşulmama Hərəkatına tam hüquqlu üzv olan Azərbaycan Respublikasının Hərəkatın prinsiplərinə və məqsədlərinə bağlılığını bəyan etdiyini diqqətə çatdırıb: “Qoşulmama Hərəkatının daha yaxşı və dinc dünyanın yaradılması uğrunda 1955-ci ildə qəbul etdiyi “On Bandunq Prinsipi” bütün ölkələri suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət etməyə, eyni zamanda, hər hansı bir ölkənin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zorakılıqdan və təhlükə törətməkdən çəkinməyə səsləyir”. Nazir bununla yanaşı, Azərbaycan hələ də qonşu Ermənistanın təcavüzündən əziyyət çəkdiyini və torpaqlarımızın 20 %-inin işğal altında olduğunu əlavə edib. BMT TŞ-nın münaqişə ilə bağlı dörd qətnaməsinin olmasına baxmayaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmaqdan imtina etməsini və bununla da regionda davamlı sülh və stabilliyin bərqərar olmasına mane olduğunu təəssüflə qeyd edib.

Azərbaycanın Qoşulmama Hərəkatının Fələstinlə bağlı tutduğu mövqeyə bağlılığını və Fələstin xalqı və rəhbərliyi ilə davamlı həmrəy olduğunu vurğulayıb: “Biz inanırıq ki, uzun müddətdir davam edən bu məlum məsələdə nailiyyət əldə olunması vaxtı yetişib”.

E. Məmmədyarov Azərbaycanın BMT sistemi daxilində razılaşdırılmış inkişaf məqsədlərinin və vəzifələrinin həyata keçirilməsinə töhfəsini vermək niyyətində olduğunu diqqətə çatdırıb: “Azərbaycan davamlı inkişaf və qlobal çiçəklənməyə, yoxsulluğun aradan qaldırılmasına və davamlı iqtisadi inkişafa tam dəstək göstərir və cəhdlər edir, xüsusən də inkişaf etməkdə olan və az inkişaf etmiş, həmçinin təbii fəlakətlərdən sonra dirçələn ölkələrin ehtiyac və zəifliklərinin aradan qaldırılmasına xüsusi diqqət yetirir. Son illər ərzində Azərbaycan ehtiyacı olan bir neçə ölkəyə hərtərəfli texniki və humanitar yardımlar göstərmiş və onların milli inkişaf siyasətlərinin və strategiyalarının həyata keçirilməsinə kömək etmişdir”.

Nazir, həmçinin Azərbaycanın 2012-2013 illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq üçün öz namizədliyini irəli sürdüyünü bildirib. Seçkilər 13 oktyabr 2011-ci il tarixində BMT Baş Assambleyasının 66-ci sessiyası zamanı keçiriləcəkdir: “2012-ci ildə Azərbaycanın BMT-yə üzvlüyünün 20-ci ildönümü qeyd ediləcəkdir, lakin buna baxmayaraq, digər Şərqi Avropa ölkələrinin namizədlərindən fərqli olaraq, Azərbaycan heç vaxt Təhlükəsizlik Şurasının üzvü olmaq imkanını əldə etməmişdir”.

Regionda Azərbaycanın Qoşulmama Hərəkatına tam üzv olan yeganə ölkə olduğunu deyən nazir Azərbaycanın Təhlükəsizlik Şurasına seçilməsini kiçik inkişaf etməkdə olan ölkələrin aşağı səviyyəli təmsilçiliyinə yeni görünüş verəcəyini və Təhlükəsizlik Şurasına daha çox balanslaşdırılmış üzvlük anlayışını gətirəcəyini deyib: “Sizi əmin edirəm ki, Qoşulmama Hərəkatı Azərbaycanın BMT-nin nüfuzlu alt-qurumu olan Təhlükəsizlik Şurasına üzvlüyü sayəsində daha güclü təmsilçilikdən faydalanacaq”.