“Azərbaycan elektrik enerjisi sistemi 20 ildə” adlı konfrans keçirilib

azerbaycan-elektrik-enerjisi-sistemi-20-ilde-adli-konfrans-kecirilib
Oxunma sayı: 640

“Azərenerji” ASC-nin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Səhmdar Cəmiyyətin prezidenti Etibar Pirverdiyev Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, ötən iyirmi il ərzində ölkəmizin elektrik enerjisi sistemi də böyük inkişaf yolu keçib, möhkəm potensial əsasında Azərbaycanın müstəqil enerji sisteminin formalaşıb: “Bütün bunların nəticəsində son 7 il ərzində respublikada 11 elektrik stansiyası tikilərək 1500 MVt-dan artıq yeni generasiya gücləri istismara verilib və mövcud stansiyaların yenidənqurulması nəticəsində 600 MVt əlavə güc artımı əldə edilib. Həyata keçirilmiş tədbirlər nəticəsində ölkəmiz elektrik enerjisi idxalından azad olub, ölkə enerjisisteminin təhlükəsizliyi təmin edilib. Eyni zamanda, mövcud stansiyalar modernləşdirilib, dünya standartlarına cavab verən müasir qurğu və avadanlıqlarla təchiz edilib. Nəticədə stansiyaların faydalı iş əmsalı artıb, 1 kVt-saat elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacağın miqdarı əhəmiyyətli dərəcədə azalıb”.

Tədbirdə son 20 ildə respublika elektrik enerjisi sistemində görülmüş işlər və əldə olunmuş nailiyyətlər ətraflı təhlil olunub. Daha sonra müstəqil Azərbaycanın elektrik enerjisi sisteminin inkişafına həsr olunmuş film nümayiş etdirilib.

Nigar Məmmədli