Azərbaycan ən aşağı balı - Rusiyaya verdi

azerbaycan-en-asagi-bali
Oxunma sayı: 2608

Avropa ölkələrinin rəsmi OGAE (Organisation générale des Amateurs de l'Eurovision) klubları Lissabonda təşkil ediləcək “Eurovision” mahnı yarışmasının iştirakçıları üçün səslərini verməyə davam edir.

“Qafqazinfo”nun məlumatına görə, artıq OAGE-nin Azərbaycan üzrə klubu səsvermə nəticələrini açıqlayıb.

Azərbaycanın səsvermə nəticələri:

Bolqarıstan- 12 bal

Belçika-10 bal

Fransa-8 bal

Estoniya- 7 bal

İtaliya – 6 bal

İzrail- 5 bal

Kipr- 4 bal

Finlandiya- 3 bal

Avstrya- 2 bal

Rusiya- 1 bal

Bu məqamda bildirək ki, təşkilat hər il qonşu Rusiyaya yüksək bal versə də, bu il cəmi 1 xal verməklə kifayətlənib. 

Qeyd edək ki, OGAE “Eurovision” müsabiqəsinin fan klub təşkilatıdır. Sözügedən klub 40-dan çox ölkədə fəaliyyət göstərir.

2007-ci ildən yaranan təşkilatda səsvermələr rəsmi müsabiqədə olduğu kimi aparılır, hər ölkə bəyəndiyi 10 mahnını 1-8, 10 və 12 xalla mükafatlandırır. Qaydalara əsasən, hər ölkə öz mahnısına səs verə bilməz.