Azərbaycan erməni barəsində həbs qərarı verdi

Azərbaycan erməni barəsində həbs qərarı verdi
Oxunma sayı: 1630

Azərbaycan dövləti işğal olunmuş ərazilərinə qanunsuz səfər edən daha bir şəxsə qarşı cinayət işi açıb.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə,Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə Belçika Krallığında fəaliyyət göstərən “Ədalət və Demokratiya Naminə Erməni-Avropa Federasiyası”nın  rəhbəri Kaspar Karampetyana qarşı ittiham irəli sürülüb.

Onun mütəşəkkil dəstə tərkibində 2014-2018-ci illər ərzində Azərbaycan Respublikasının dövlət sərhədini Ermənistan ərazisindən təkrarən qəsdən qanunsuz keçərək Xankəndi və digər yaşayış  məntəqələrinə gəlməsi, qondarma “Dağlıq Qarabağ Respublikası”nın beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə Azərbaycanın suverenliyinə qarşı, habelə ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etməsinə əsaslı şübhələr var.

Buna görə də 20 fevral 2018-ci il tarixdə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar törədildikdə) və 318.2-ci (mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhəddini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, barəsində  məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib və “İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi