“Azərbaycan Ermənistanın səhvini təkrar etməməlidir”

azerbaycan-ermenistanin-sehvini-tekrar-etmemelidir
Oxunma sayı: 676

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Ermənistandakı seçkilərlə bağlı Ümid Partiyasının funksioneri Ənvər Ağazadə ilə deyib.

Avtoritar və işğalçı rejimlərdə demokratik seçki keçirilməsinin mümkün olmadığını bildirən Ənvər Ağazadə Ermənistandakı seçkilərin nəticələrinin əvvəlcədən təxmin edildiyini bildirdi.
"Bu seçkilərdə kimin qalib olacağı, hansı namizədin neçə faiz səs qazanacağı əvvəlcədən rejim tərəfindən müəyyən olunmuşdu. Sadəcə olaraq bu seçkilər formal bir prosedur kimi həyata keçirildi. Hətta seçkilərin formal olacağını bilən prezidentliyə namizədlərdən ikisi Armen Melikonyan və Andres Bukanyan səsvermədə iştirak etməyib. Keçmiş prezident Köçəryan da seçkilərdə iştirak etməyib. Yeni prezident seçkiləri bu ölkənin həyatında tale yüklü bir məsələ idi. Amma görünür ki, prezidentliyə namizəd olanlar, hətta keçmiş prezident belə bu formallığı bildiyi üçün səs vermədə iştirak etməyi əhəmiyyətli hesab etməyiblər.

Bu il Azərbaycanda keçirilən prezident seçkiləri ili barədə də danışan Ənvər Ağazadə ölkəmizdə keçirilən seçkilərin Ermənistanda keçirilən prezident seçkilərindən fərqlənəcəyinə ümidli olduğunu vurğuladı. "Demokratikliyi baxımdan fərqlənsin, legitimliyi baxımdan fərqlənsin, xalqın iradəsini ifadə etməsi baxımından fərqlənsin. Əgər bizim bu ilki prezident seçkilər Ermənistandakı prezident seçkilərindən fərqlənməyəcəksə, onda Ermənistanla Azərbaycanın beynəlxalq aləmdə müqayisə olunması biraz çətin olacaq. Azərbaycan hakimiyyəti Ermənistanın səhvini təkrarlamamalıdır. Biz demokratik seçki keçirə bilsək, normal bir şərait qura bilsək, ölkədə demokratiyanı bərpa edə bilsək Dağlıq Qarabağda yaşayan ermənilərdə Azərbaycanın tərkibində yaşamağı arzu edəcəklər. Onlar anti-demokratik Ermənistanın, avtoritar Ermənistanın basqısı altında deyil, demokratik, azad, firavan Azərbaycanın tərkibində yaşamağı daha üstün tutacaqlar. Və bizim hökümət bu məsələyə çox diqqətlə yanaşmalıdır. Bu bizim Dağlıq Qarabağ uğrundakı mübarizəmizdə irəliyə doğru atılmış çox önəmli bir addım olacaq.