Azərbaycan əsilli müğənnidən Qəzzaya yardım

azerbaycan-esilli-mugenniden-qezzaya-yardim
Oxunma sayı: 1143


“Qafqazinfo”nun anspress-ə istinadən məlumatına görə, BMT-nin sülh elçisi olan ifaçı BMT-nin Dünya Ərzaq Proqramının dəstəyi ilə Qəzza üçün konsert proqramında çıxış edəcək

Belə ki, Sami Yusuf yeni işıq üzü görəcək “The Centr” albomu ilə 16 sentyabr 2014-cü il tarixində Londonda Cadogan Hallda pərəstişkarları ilə görüşəcək. Bu albom Azərbaycan üçün də özəl bir albom sayıla bilər. Albomda Sami Yusuf Azərbaycan xalq mahnısı olan “Sarı Gəlin”i həm azərbaycanca, həm də ingilizcə səsləndirib. Albomda Azərbaycan milli musiqi aləti olan tardan da istifadə olunub

Sami Yusuf bu vaxta qədər “Ayrılıq”, “Küçələrə su səpmişəm”, “Sənə də qalmaz” Azərbaycan mahnılarını konsertlərində səsləndirib. Hətta sayca dördüncü albomu olan “Salaam” albomuna “Küçələrə su səpmişəm” mahnısını əlavə edib.