Azərbaycan əti bu ölkələrdən alır - Siyahı

azerbaycan-eti-bu-olkelerden-alir
Oxunma sayı: 6565

2018-ci ilin yanvar-iyul aylarında Azərbaycana quş əti və onun əlavə məhsulların idxalı 3,2 faiz, mal əti 25,8 faiz azalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Kömitəsinin açıqladığı rəqəmlərdə qeyd olunub.

Bu ilin ilk 7 ayı ərzində ölkəyə 12 mln. 140,6 min dollar dəyərində 4 min ton iribuynuzlu heyvan əti, eləcə də 16 mln. 718 min dəyərində 15 min 132 ton quş əti idxal edilib.

Azərbaycan iribuynuzlu heyvan ətini əsasən Ukrayna, Hindistan, Belarus, Braziliya, Paraqvay, Moldova, Almaniya, Bolqarıstan, ABŞ və Rusiyadan gətirir.

Quş əti və ona əlavə məhsullar isə əsasən Ukrayna, Rusiya, Türkiyə, Belçika, Braziliya, ABŞ, Kanada, Gürcüstan, Polşa, İspaniya, Almaniya, Belarus və Fransadan idxal olunur.