Azərbaycan “Eurovision”a kimi göndərir?

Azərbaycan “Eurovision”a kimi göndərir?
Oxunma sayı: 1895

“Eurovision 2018” mahnı müsabiqəsinin loqosu və şüarı rəsmi şəkildə təqdim olunub. “Qafqazinfo” xəbər verir ki, Portuqaliyanın ictimai kanalı olan RTP okean mövzulu bir yarışmanın baş verəcəyini elan edib. 

Musiqi gecəsinin şüarı isə “All Aboard” (Hamı göyərtəyə) olduğu açıqlanıb. Loqoda isə dəniz qabıqlarından istifadə olunub.  Bundan başqa, gələn il 42 ölkə “Eurovision”da iştirak edəcəyini rəsmi şəkildə təsdiqləyib. 

Avropa Yayım Birliyinin (EBU) açıqlamasına görə, Makedoniya bu dəfə müsabiqədə iştirak edə bilməyəcək. Onun EBU-ya borcu olduğu üçün belə bir addım atılıb. 

Həmçinin, Avropanın bir çox ölkələri öz təmsilçilərini rəsmi şəkildə elan edib.  Azərbaycan nümayəndə heyəti isə bu barədə hələlik gizliliyi qoruyur. Amma ötən həftədən etibarən əməkdar artist Tünzalə Ağayeva, Murad Arif kimi məşhurlar Samirə Əfəndiyevanın "Eurovision"da iştirakı ilə bağlı təklif irəli sürüblər. 

Qeyd edək ki, İlk dəfə “Eurovision”da qalib olan Portuqaliya şounu “MEO Arena”da reallaşdıracaq.

Bildirilib ki, paytaxt Lissabon avropalılara ev sahibliyi etmək üçün ən ideal variantdır. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi