Azərbaycan filmləri Nyu-York festivalında

azerbaycan-filmleri-nyu-york-festivalinda
Oxunma sayı: 651

Azərbaycan kinorejissorlarının filmləri Nyu -York kinofestivalında iştirak üçün vəsiqə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, iyunun 16-da milli filmlərimiz beynəlxalq kinofestivalda nümayiş olunacaq. Bu barədə  məlumat verən "Kənddə sonuncu yəhudi" ("The last jew in the village") filminin quruluşçu rejissoru Rüfət Əsədov bildirib ki, film 2015-ci ildə çəkilib.  "Film Azərbaycan və ABŞ -ın birgə istehsalıdır. Heç bir siyasi motivi olmayan  film Azərbaycanın, İsmayıllı rayonunun Mücü-Həftəran kəndində yaşayan sonuncu yəhudi haqqındadır. Sənədli filmin qəhrəmanı 85 yaşlı Meir Manaşirov, illərdir qohum əqrabasının təkidinə baxmayaraq, kəndin sonuncu yəhudisi kimi oranı tərk etmir. Yaxınları onu ABŞ-a, İsrailə, Rusiyaya aparmaq istəsələr də, o rəhmətə getmiş ana-atasının yurdunu atıb getmək istəmir. Filmin ssenari müəllifləri-Rüfət Əsədov, Vaqif Azəryar, operatoru-Yuri Varnovski, montaj-Vüsal Nazimoğlu, səs rejissoru-Pro Mete, prodüsserləri-Oleg Harencar(ABŞ) və Rüfət Əsədovdur. Film bir çox ölkələrdə (ABŞ-da , Avropada, İsraildə) göstərilib. İsraildə 2 mükafat, ABŞ-da keçən il birinci mükafatı qazanıb. Filmi izləmək istəyən Youtube-da 2 dildə: rus və ingiliscədə baxa bilər. "

Qeyd edək ki, 5-ci dəfə keçirilən beynəlxalq Nyu-York kinofestivalında kinorejissorumuz  İsmayıl Səfərəlinin "Tək bə tək"( "One on One") filminin də nümayişi gözlənilir.

Raminə