“Azərbaycan Fransa ilə əlaqələri kəsməlidir”

azerbaycan-fransa-ile-elaqeleri-kesmelidir-
Oxunma sayı: 634

Bəyanatda deyilir: “Muasir Musavat Partiyası Fransanın qəbul etdiyi bu qərardan hədsiz dərəcədə narahat və narazı olduğunu bəyan edir.Partiya hesab edir ki, Fransa bu addimı ilə bir daha sübut etdi ki, ölkəsində söz azadlığına, düşüncə sərbəstliyinə imkan verilmir .Halbuki Avropa demokratiyanın mərkəzi sayılır və bu qərar həmin fikirləri tamamilə inkar edir.Fransa Parlamenti bilməliir ki,bu qərarın qəbulu ilə o bütün Türk dünyasında özünə nifrət ,Avropaya isə inamsızlıq yaradır.Bunun üçün Muasir Musavat Partiyası hesab edir ki Atətin Minisk qrupunda həmsədir olan Fransa artıq neçə ildir demokratik dəyərlərə məhəl qoymadığına görə türkiyədə olduğu kimi Azərbaycan xalqı üçün də artıq öz etibarını və etimadını itirib.İkinci bir tərəfdən Fransanın bu ermənisevərliyi artıq bizdə tam əminlik yaradır ki bu dövlətin həmsədirliyi Dağlıq Qarabağ düyününün çözülməməsinə xidmət edir.Elə buna görə də Fransanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesindəki vasitəçilik missiyasıyasına xitam verıilməsi üçün Azərbaycan dərhal Fransanın Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması haqda müvafiq qərarlar qəbul etməli, Fransa ilə bütün istiqamətlərdə əlaqələrinə yenidən nəzər yetirməlidir ,həmçinin Azərbaycan BMT Təhlükəsizlik Şurasınında Fransa Senatının qəbul etdiyi qanunun insan hüquq və azadlıqlarına, düşüncə və söz azadlığına zidd olduğu
haqda məsələ qaldırmalıdır.

Son olaraq MMP bəyan edir ki, biz Türkiyə ilə BİR MİLLƏT ,İKİ DÖVLƏTİK
və bütün məsələlərdə olduğu kimi bu məsələdə dəTürkiyənin yanındayıq.”