Azərbaycan futbolunda birincilik qalmaqalı

azerbaycan-futbolunda-birincilik-qalmaqali
Oxunma sayı: 632

Fanat.az-ın yaydığı xəbərə görə, alman çalışdırıcı açıqlamasında bildirib ki, “Simurq” iddialı klubları məğlub etsə də liderliyə layiq deyil.
Zaqatala klubunun icraçı direktoru isə baş məqşçinin bu açıqlamasının etikadan kənar olduğunu düşünür.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən “Simurq”un icraçı direktoru Vaqif Əliyev klubun bu pilləyə əziyyətlə qalxdığını qeyd edib: “Hər kəsin öz fikri var. Ancaq baş məşqçinin belə açıqlama verməsi etik deyil. Bizim birinciliyə layiq olmadığımızı nəyə əsaslanaraq dediyini bilmirəm. Lakin komandamız qarşısına məqsəd qoyub və hələlik ki, bu məqsədinə nail olub. Hazırda biz liderik və bu liderliyi öz əziyyətimizlə qazanmışıq”.

İcraçı direktor “Simurq”un “Sumqayıt” klubunu dəfələrlə məğlub etdiyini də vurğulayıb: “Komanda “Sumqayıt”la 5 oyuna çıxıb və 5-də də qalib gəlib. Elə bu fakt təsdiqləyir ki, biz ən azından “Sumqayıt”dan güclüyük. Bu futboldur. Sabah necə olacağı bəlli deyil. Yəni bu gün biz liderik. Sabah isə kimin birincilik əldə edəcəyi məlum deyil”.

Sevinc