Azərbaycan futbolunda qol az olsa da, qol.az var… - Video

azerbaycan-futbolunda-qol-az-olsa-da-qolaz-var
Oxunma sayı: 1563

Azərbaycan idman mediasında ilklərdən olan qol.az saytının 10 illik yubileyidir. “Qafqazinfo” xəbər verir ki, 2008-ci il 17 noyabrda yaradılan sayt uzun yol qət edib. 

İdman mediasının önəmli hissəsi olan qol.az fəaliyyəti ərzində kifayət qədər nüfuz qazana bilib. 

Gün ərzində on minlərlə oxucu idman, xüsusilə futbol xəbərləri əldə etmək üçün məhz qol.az-ı seçir. Azərbaycan Mətbuat Şurasının üzvü olan qol.az saytı "5 Media" şirkətinin media layihələrindən biridir.

Saytın 10 illik yubileyi ilə bağlı ölkə mediasında xəbərlər və reportajlar hazırlanıb. 

Bunlardan biri də ATV telekanalının aparıcısı İlkin Fikrətoğlunun hazırladığı videoreportajdır.  

“Qafqazinfo” həmin materialı təqdim edir və həmkarlarımıza yubiley münasibətilə uğurlar arzulayır, daha uzunömürlü olmasını diləyir.