Azərbaycan gəncləri Avropalı həmkarları ilə görüşdü

azerbaycan-gencleri-avropali-hemkarlari-ile-gorusdu
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, Avropanın 12 ölkəsindən gələn gənclər təşkilatların nümayəndələri ilə Azərbaycan gəncləri arasında keçirilən görüşdə bir sıra məsələlər müzakirə edilib.

Görüşün keçirilməsində əsas məqsəd Avropa və Azərbaycan gəncləri arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatları ilə tanışlıq xarakteri daşıyır.

ARGTMŞ-ın Beynəlxalq əlaqələr üzrə katibi Nail Abdulov, ELSA-ın İdarə Heyətinin üzvü və “Azərbaycan hüquqşünasları konfederasiyası”nı təmsil edən gənclər görüşdə öz həmkarları ilə müxtəlif mövzularda müzakirələr aparıb. Avropalı gənclərin Azərbaycana tez-tez səfərlərinin təşkil edilməsi, o cümlədən ölkə gənclərinin də Avropaya inteqrasiyası məsələləri prioritet mövzulardan olub.

Görüşdə Azərbaycan gəncləri öz Avropalı həmkarlarına işğal Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat veriblər. İşğal altında olan ərazilərdən 1 milyondan artıq qaçqın və məcburi köçkünlərin olması faktını diqqətə çatdırdılar.

Sədan