Azərbaycan gəncləri İzmirdə toplaşacaq

Azərbaycan gəncləri İzmirdə toplaşacaq
Oxunma sayı: 106

Bu barədə mədəniyyət mərkəzindən daxil olan press-relizdə bildirilir. Mərkəzin rəhbəri Camal Mehmetoğlunun imzasıyla yayılan məlumatda bildirilir ki, festival İzmirin dəniz sahilində yerləşən Gümüldür qəsəbəsində dənizlə meşənin iç-içə olduğu "Gümüldür meşə düşərgəsi"ndə baş tutacaq. Gümüldür qəsəbəsi İzmirdən 53 km məsafədədir.
Festivalın əsas məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gənclərin arasında əlaqələr, dostluqlar, birliklər yaratmaqdır.

Bundan başqa, gənclərin tətil edərkən öz mədəniyyətləri, arixləri, ölkələri haqqında daha çox məlumatlı olmalarını təmin etmək də qarşıya qoyulan məqsədlərdən biridir.
Festivala təxminən 150-250 nəfər arasında gəncin qatılması nəzərdə tutulur.
Festival müddətində müxtəlif mövzularda seminarlar, yığıncaqlar, kurslar olacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi