Azərbaycan generalı Rusiyaya qaçıb

azerbaycan-generali-rusiyaya-qacib
Oxunma sayı: 7283


Azərbaycanın hərbi generallarından biri Moskvaya gedib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə azadliq.info xəbər yayıb. Reaksiyaya daxil olan məlumatlarda bildirilir ki, həmin generalın Moskvaya getməsi rəsmi və ya işgüzar səfər deyil. Sadəcə adını hələlik açıqlamadığımız generalla Müdafiə Nazirliyinin baş qərargah rəisi Nəcməddin Sadıqov arasında mübahisə yaranıb.

Bu mübahisə generalın Azərbaycanı tərk etməsinə səbəb olub. Onun geri qayıdıb-qayıtmayacağı və nədən məhz Moskvaya getdiyi bəlli deyil.

Məlumatda bildirilir ki, həmin generalla Nəcməddin Sadıqovun münasibətlərində həmişə gərginlik müşayiət olunub. Hansısa səbəbdən baş qərargah rəisi bu şəxsə qarşı aqressiv olub. Sonuncu dəfə isə general artıq dözməyib və işləmək istəmədiyini deyərək Azərbaycanı tərk edib.

 ***

Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə Hafta.az-a açıqlamasında həmin generalın adını deyib. O, bildirib ki, həmin şəxs general Bağır Fətullayevdir. O Rusiyada ordu komandanının müavini vəzifəsində çalışıb. Ü.Cəfərov bildirib ki, həmin şəxs Səfər Əbiyevin vaxtında Rusiya Silahlı Qüvvlərində xidmətdən təxris edildikdən sonra ona Silahlı Qüvvələrin Akademiyasında yüksək vəzifə verilib: “Bu yaxınlarda, onunla MN-nin rəhbər şəxslərindən biri arasında baş verən münaqişədən sonra, general Bağır Fətullayev heç kimə demədən, icazəsiz Moskva şəhərinə gedib. May ayının 2-nə kimi xidmət yerinə qayıtmayıb. 

Sonda onu da qeyd edim ki, bu gün Azərbaycan SQ-nin ən məxfi məlumatlarına malik olan bəzi yüksək postları tutan şəxslər də vardır ki, onların ailəsi Rusiya Federasiyasının Moskva, Sankt- Peterburq və digər şəhərlərində yaşayırlar. Özləri isə burda min hoqqalardan çıxaraq əlləri çirkli işlərə bulaşıb, rüşvət və korrupsiya əməlləri ilə məşğuldurlar. Onların da adlarını çox yaxın vaxtlarda açıqlayacam”.