Azərbaycan gerilədi - “Ostersund”a görə

azerbaycan-geriledi
Oxunma sayı: 1257

UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turundan sonra növbəti ölkə reytinqini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, dünən keçirilən matçlardan sonra ölkəmiz 1 pillə geriləyərək, 23-cü yerə enib. Buna səbəb, İsveç təmsilçisi “Ostersund”un “Zarya”nı 2:0 hesabıyla məğlub etməsi olub. Bu qələbə ilə Skandinaviya təmsilçisi Bolqarıstan və Azərbaycanı geridə qoyaraq, 22-ci sıraya yüksəlib.

Ölkəmiz isə 19.125 xalla 23-cü sırada qərarlaşıb. Təmsilçilərimiz cari mövsümdə ölkəmizin aktivinə 4.375 reytinq xalı qazandırıblar.