Azərbaycan Gürcüstana ikinci helikopteri göndərdi - Yenilənib

azerbaycan-gurcustana-ikinci-helikopteri-gonderdi
Oxunma sayı: 2266

Azərbaycan prezidentinin tapşırığına əsasən, FHN Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

"Qafqazinfo" FHN-nin saytına istinadən xəbər verir ki, prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

Avqustun 21-də Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinə məxsus helikopter havaya qalxıb və qonşu ölkədəki meşə yanğınlarının söndürülməsində iştirak edəcək.

***

Azərbaycan Gürcüstanda Borjomi-Xaraqulsk qoruğunda meşə yanğınlarının söndürülməsi üçün ikinci helikopter göndərib.
 
APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın Milli Meşəçilik Agentlyi məlumat yayıb.
 
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin birinci helikopteri artıq adıçəkilən qoruq yaxınlığında yerləşən Daba kəndində yanğının söndürülməsinə cəlb olunub. Ərazidə əsən güclü külək yeni yanğın ocaqlarının yaranmasına səbəb olub.