Azərbaycan Gürcüstana yenə helikopter göndərdi

Azərbaycan Gürcüstana yenə helikopter göndərdi
Oxunma sayı: 671

Gürcüstan hökumətinin müraciətinə əsasən Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, bu gün nazirliyin xüsusi avadanlıqla təchiz olunmuş “Ka-32A” helikopteri Gürcüstan istiqamətində yola düşüb.

Xatırladaq ki, Azərbaycan FHN avqustun 30-da eyni bölgədə baş verən yanğının söndürülməsi üçün helikopter göndərmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi